“İrandakı əməliyyatlar dünya müharibəsinə çevrilə bilər” – Zelenski | VİDEO

“İrandakı əməliyyatlar dünya müharibəsinə çevrilə bilər” –    Zelenski | VİDEO
  11 Mart 2026    Oxunub:2735
“Rusiya ilə İranın dron istehsalında əməkdaşlığı bütün dünya üçün təhlükə daşıyır və gətirib üçüncü dünya müharibəsinə çıxara bilər”. Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, əgər Yaxın Şərqdəki gərginlik payıza qədər azalmasa, qlobal müharibəyə səbəb olacağı istisna deyil.
Zelenski deyib ki, dünya müharibəsi riskilə bağlı ABŞ prezidentini xəbərdar etməyə çalışsa da, Tramp ona qulaq asmayıb.

Zelenskinin sözlərinə görə Avropa texniki baxımdan qlobal müharibəyə hazır deyil. Hazırda dünyada Yalnız bir neçə ölkənin müvafiq hazırlıq səviyyəsi var. Belə vəziyyətdə əsas məsələ birinci hansı ölkənin İrana qoşun göndərəcəyidir. Ukrayna prezidentinin fikrincə, həmin ölkə Rusiya ola bilər.

Tariyel
AzVision.az


Teqlər: Ukrayna   İran  



Xəbər lenti